MDB · APA

Mişustin: Aİİ üzvləri qazı Avropadakından beş dəfə ucuz alırlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mişustin: Aİİ üzvləri qazı Avropadakından beş dəfə ucuz alırlar xəbəri üçün şəkil

Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvləri qazı Avropadakından beş dəfə ucuz alırlar.

Mişustin: Aİİ üzvləri qazı Avropadakından beş dəfə ucuz alırlar

Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvləri qazı Avropadakından beş dəfə ucuz alırlar.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Avropada 1000 kubmetr qazın qiyməti 900 dollardır, Aİİ ölkələri isə eyni həcmi 200 dollardan aşağı qiymətə ala bilərlər.

"Biz iqtisadiyyatlarımızın inkişafı üçün əlverişli şərait yaratmışıq. Müqayisə üçün qeyd edək ki, Avropada qazın qiyməti 1000 kubmetr üçün təxminən 900 dollardır. İttifaq ölkələri üçün bu rəqəm 200 dolları keçmir. Qiymət fərqi nəzərə alındıqda, iqtisadi fayda yüz milyonlarla dollar təşkil edir. Bu, Avrasiya İqtisadi İttifaqı ölkələrinin ortaq enerji bazarının fəaliyyəti sayəsində əldə etdiyi danılmaz üstünlükdür", - Rusiya Hökumətinin sədri qeyd edib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑