Gürcüstanəsilli gənc modelyer Qalib Həsənov “The Business of Fashion” nəşrinin nüfuzlu “BoF 500 Class of 2026” qlobal siyahısına daxil edilib
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısına daxil edilib
Gürcüstanəsilli gənc modelyer Qalib Həsənov “The Business of Fashion” nəşrinin nüfuzlu “BoF 500 Class of 2026” qlobal siyahısına daxil edilib.
APA-nın yerli bürosu xəbər verir ki, soydaşımız sosial şəbəkə hesablarında siyahıda yer almasını onun üçün şərəf olduğunu yazıb.
“BoF 500” illik indeksi dünya dəb sənayesinin ən nüfuzlu simalarından ibarət olur. Bu siyahıya daxil edilmək xidmətlərin və qlobal modanın inkişafına təsirlərin rəsmən tanınması deməkdir.
Qeyd edək ki, Qalib Həsənov Gürcüstanın Qaracalar kəndindəndir. Milanda yaşayan 31 yaşlı dizayner “Institution” brendinin təsisçisi və kreativ direktorudur.
Xəbəri paylaş
Bu saytda oxunma: 0
Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.