Mədəniyyət siyasəti · APA

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənilib xəbəri üçün şəkil

Afaq Yusiflinin təhsil haqqının ödənilməsi tam şəkildə başa çatıb, vəsaitin qalan hissəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Kino Agentliyi tərəfindən Melburn Universitetinin hesabına köçürülüb.

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənilib

Afaq Yusiflinin təhsil haqqının ödənilməsi tam şəkildə başa çatıb, vəsaitin qalan hissəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyindəki Kino Agentliyi tərəfindən Melburn Universitetinin hesabına köçürülüb.

Bu barədə APA-ya ARKA-dan məlumat verilib.

Bildirilib ki, Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqının ödənilməsilə bağlı yaranmış problem bir müddət əvvəl Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nəzarətinə götürülmüşdü:

"Afaq Yusiflinin təhsilhaqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi. Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdi. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsilhaqqının ödənilməsində problem yaranmışdı".

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑