Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Bakı Ekspo Mərkəzində təşkil olunan sərgi haqqında qonaqlara geniş məlumat verilib. Bildirilib ki, burada "ADEX 2026" sərgisiylə yanaşı olaraq həmçinin “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də fəaliyyət göstərir.
Müdafiə nazirləri sərgidə nümayiş olunan aviasiya texnikası və pilotsuz sistemlər, aerokosmik, kiber təhlükəsizlik və mühafizə sistemləri, eləcə də digər xüsusi hərbi texnologiyalarla tanış olublar.

