Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Şuşada 13-cü üçtərəfli görüş keçiriblər. Danışıqların əsas mövzuları regional təhlükəsizlik, müdafiə əməkdaşlığı və üç ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olub.
Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani iştirak ediblər.
Zakir Həsənov görüşün açılışında həmkarlarını salamlayaraq Azərbaycan, Türkiyə və Gürcüstan arasında yüksək səviyyəli siyasi münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.
O bildirib ki, üçtərəfli əməkdaşlıq formatı zamanla regional əməkdaşlığın mühüm mexanizmlərindən birinə çevrilib və regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verir.
Regional təhlükəsizlik və birgə fəaliyyət müzakirə olunubNazirlər regionda yaranan yeni təhlükəsizlik çağırışları və sabitliyə təsir göstərə biləcək amillər barədə fikir mübadiləsi aparıblar.
Tərəflər mümkün risklərə qarşı koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb, qarşılıqlı etimadın və davamlı əməkdaşlığın üç ölkənin təhlükəsizliyi baxımından əhəmiyyətini qeyd ediblər.
Danışıqlarda hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.
- Türkiyə və Azərbaycan dəyəri 500 milyon dollardan çox olan müdafiə sazişləri imzalayıb
- “TEKNOFEST” festivalında gənc innovatorlar və müdafiə texnologiyaları ön plandadır
- Azərbaycan, Gürcüstan və Türkiyə BTQ-də yükdaşımaları sürətləndirəcək
Görüşdə birgə hərbi təlimlərin təcrübə mübadiləsi, silahlı qüvvələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi və müdafiə imkanlarının artırılması baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər üçtərəfli müdafiə əməkdaşlığının daha da genişləndirilməsinin regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə əlavə töhfə verə biləcəyini bildiriblər.
Azərbaycan və Türkiyə müdafiə nazirlərinin ikitərəfli görüşündə “Birliyin Gücü–2026” birgə hərbi təliminin əhəmiyyəti də ayrıca qeyd olunub.
Azertac
Azertac
Azertac
Nazirlər mövcud əməkdaşlığın müxtəlif istiqamətlər üzrə davam etdirilməsi və üçtərəfli müdafiə əlaqələrinin daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər xüsusilə hərbi hazırlıq, təcrübə mübadiləsi və müdafiə sahəsində koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Üçtərəfli görüşün yekununa dair protokol imzalanıbÜçtərəfli görüşün sonunda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri danışıqların nəticələrini əks etdirən protokol imzalayıblar.
Tərəflər üç ölkə arasında müdafiə əməkdaşlığının bundan sonra da genişləndirilməsi və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildiriblər.

