Yəmən Hərbi Hava Qüvvələri oktyabrın 2-də husilərin 20 hədəfinə zərbə endirib. Bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü Məcid Abdullah ən-Nuzeyli bildirib. Husilər isə Mədinədə məscidi enerji ilə təmin edən stansiyanı vurduqları iddiasını təkzib ediblər.
⦿ 18:59 | YENİLƏNİB
Türkiyə Mədinədə husi hücumunu pisləyib
AnadoluTürkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidinə xidmət edən mülki infrastrukturu hədəfə alan husi hücumunu pisləyib.
Medine-i Münevvere’de, Mescid-i Nebevî’ye hizmet veren sivil altyapıyı hedef alan saldırıyı telin ediyorum.
Haremeyn-i Şerifeyn’in kutsiyetini, huzurunu ve güvenliğini hedef alan her türlü saldırı, tüm İslam âleminin ortak hassasiyetine yönelmiş kabul edilemez bir hadsizliktir.… — Burhanettin Duran (@burhanduran) October 2, 2026
⦿ 18:50 | YENİLƏNİB
İsrail rəsmiləri “flydubai” reysinin ikinci pilotunu dindirə bilər
ReutersMəsələdən məlumatlı mənbə “Reuters”ə bildirib ki, Təl-Əvivə uçan “flydubai” reysinin təyyarəni qəzaya uğratmağa cəhd etdiyi iddia olunan ikinci pilotunun İsrail rəsmiləri tərəfindən dindirilməsi gözlənilir.
⦿ 18:46 | YENİLƏNİB
Suriyanın cənubunda silahlılar təhlükəsizlik məntəqələrinə hücum ediblər
Reuters“Alikhbariah TV”nin məlumatına görə, silahlı qruplar cümə günü Suriyanın cənubundakı Süveyda vilayətinin qərbində yerləşən Məzraa bölgəsində təhlükəsizlik məntəqələrini və yaşayış evlərini atəşə tutublar.
⦿ 17:54 | YENİLƏNİB
Aİ səfirləri qlobal enerji vəziyyətini müzakirə edəcəklər
ReutersAİ səfirləri dizel təchizatının məhdudlaşması və yüksək qiymətlər fonunda qlobal enerji vəziyyətini müzakirə etmək üçün görüşəcəklər. Bu barədə Aİ-yə sədrlik edən İrlandiya bildirib.
⦿ 17:38 | YENİLƏNİB
Pakistan: “Məkkə Birgə Müdafiə Sazişi”nə yeni üzvlərin qəbulu hələ mümkün deyil
ReutersPakistanın xarici işlər naziri bildirib ki, “Məkkə Birgə Müdafiə Sazişi” tam fəaliyyətə başlamayana qədər yeni üzvlük müraciətlərinə baxmaq mümkün olmayacaq. Onun sözlərinə görə, bu proses bir ilədək çəkə bilər.
Nazir əlavə edib ki, altıdan çox ölkə “Məkkə Birgə Müdafiə Sazişi”nə qoşulmaqda maraqlıdır.
⦿ 16:56 | YENİLƏNİB
Pakistan: Ər-Riyad görüşündə husi hücumları müzakirə olunacaq
ReutersPakistanın xarici işlər naziri bildirib ki, gələn həftə Ər-Riyadda keçiriləcək görüşdə husilərin Səudiyyə Ərəbistanına hücumları əsas müzakirə mövzusu olacaq.
“Reuters” daha bir xəbərdarlığında “Məkkə Sazişi” çərçivəsində Strateji Siyasi Müdafiə Komitəsinin yaxın vaxtlarda Ər-Riyadda iclas keçirəcəyini bildirib.
Agentliyin məlumatlarında söhbətin eyni görüşdən getdiyi açıqlanmayıb.
⦿ 16:02 | YENİLƏNİB
Yəmən ordusu Ədən üzərində husi PUA-larını vurduğunu bildirib
AnadoluYəmən ordusu müvəqqəti paytaxt Ədən üzərində husilərə məxsus pilotsuz uçuş aparatlarını (PUA) vurduğunu bildirib. Eyni zamanda hökumət qüvvələri Səna, Səada və Taizdə husilərin mövqelərinə zərbələr endirib.
Ordu sözçüsü Məcid ən-Nuzeyli bildirib ki, PUA-lar yaşayış məntəqələrinə çatmazdan əvvəl zərərsizləşdirilib. Onun sözlərinə görə, hökumət qüvvələri Sənada mühüm hədəfləri, Səada vilayətində isə 11 hədəfi vurub.
Ordunun məlumatına görə, Taizdə hərbi aviasiya üç saat ərzində husilərin hərəkətdə olan bölmələrinə, döyüşçülərinə, nəqliyyat vasitələrinə və hərbi texnikasına 20 zərbə endirib. Taiz Hərbi Komandanlığı şəhərin şimal cəbhəsində də şiddətli döyüşlərin getdiyini bildirib.
⦿ 15:38 | YENİLƏNİB
Yəmənin yüksəkrütbəli təhlükəsizlik rəsmisi husilərlə döyüşdə həlak olub
AnadoluYəmən Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Qüvvələrinin qərargah rəisi, general-mayor Məhəmməd Səlim Abdullah əl-Xaulani ölkənin cənub-qərbində yerləşən Taiz vilayətində husilərlə döyüşdə həlak olub. Bu barədə nazirlik oktyabrın 2-də məlumat yayıb.
Nazirliyin məlumatına görə, əl-Xaulani Əl-Kadaha cəbhəsində husilərlə döyüş zamanı həlak olub. O, iyulda hərbi gərginliyin son mərhələsi başlayandan sonra Yəmən hökumətinin həlak olduğunu açıqladığı ən yüksək rütbəli təhlükəsizlik rəsmisidir.
Son günlər Taizdə bir neçə cəbhədə, o cümlədən Əl-Kadaha, Cəbəl Həbəşi, Maqbana və Əl-Misrax istiqamətlərində döyüşlər şiddətlənib. Hökumət qüvvələri husilərin mövqelərinə hava zərbələri endirildiyini də bildirib.
⦿ 12:35 | YENİLƏNİB
Husilər Mədinədə elektrik stansiyasına hücum iddiasını təkzib ediblər
ReutersYəməndəki husilər Səudiyyə Ərəbistanının Mədinə şəhərində məscidi elektrik enerjisi ilə təmin edən stansiyaya hücum etdikləri barədə iddianı təkzib ediblər.
Ər-Riyad Mədinədəki hücumun husilərin iki müqəddəs məscidi hədəfə almaq üçün təkrarlanan cəhdlərinin bir hissəsi olduğunu bildirib.
Husilərin nəzarətində olan SABA xəbər agentliyinin istinad etdiyi hərbi mənbə isə bu iddianı rədd edib. Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın açıqlaması husilərin daha əvvəl müsəlmanlar üçün müqəddəs olan Məkkəni hədəfə aldığına dair ittihamlarını əsaslandıra bilməməsini ört-basdır etmək məqsədi daşıyır.
⦿ 10:36 | YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanındakı husi hücumunu pisləyib
Pakistan Səudiyyə Ərəbistanının husilərin Mədinədəki elektrik paylayıcı stansiyaya hücum etməsi ilə bağlı açıqlamasından sonra hücumu pisləyib.
Pakistan Xarici İşlər Nazirliyi “X” platformasında yaydığı bəyanatda bildirib: “Regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradan bu cür məsuliyyətsiz hərəkətlərin dərhal və qeyd-şərtsiz dayandırılmasına çağırırıq”.
🔊PR No.2️⃣7️⃣1️⃣/2️⃣0️⃣2️⃣6️⃣
Pakistan Strongly Condemns Attack on Civilian Power Facility in Madinah
🔗⬇️ pic.twitter.com/mvCFMckFap — Ministry of Foreign Affairs - Pakistan (@ForeignOfficePk) October 2, 2026
⦿ 09:17 | YENİLƏNİB
Yəmən qüvvələri husilərə 20 aviazərbə endirib
Yəmən Hərbi Hava Qüvvələri son bir neçə saat ərzində husilərin mövqelərinə qarşı 20 aviazərbə endirib. Bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, brigada generalı Məcid Abdullah ən-Nuzeyli “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, aviazərbələr hədəfləri dəqiq vurub və qruplaşmanın canlı qüvvəsinə, texnikasına, həmçinin hərbi hərəkətliliyinə ciddi ziyan dəyib.
⦿ 08:04 | YENİLƏNİB
ABŞ Yaxın Şərqə daha 9 min hərbçi göndərəcək
“The Wall Street Journal”ın ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ Yaxın Şərqə azı 9 min əlavə hərbçi göndərəcək. Prezident Donald Tramp isə noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana zərbələrin bərpa olunması məsələsini nəzərdən keçirir.
Məlumata görə, plan çərçivəsində regiona üçüncü aviadaşıyıcı zərbə qrupu və əlavə dəniz piyadaları ekspedisiya bölməsi də göndəriləcək.
