Dünya · Anews.az

Pensilvaniyada atışma baş verib, doqquz nəfər həlak olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pensilvaniyada atışma baş verib, doqquz nəfər həlak olub xəbəri üçün şəkil

ABŞ-nin Pensilvaniya ştatının Eri şəhərində baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, azı doqquz nəfər ölüb.Bu barədə CBS telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları ilə şübhəli şəxs arasında saatlarla qarşıdurma yaşanıb.

Şahidlər bir kişinin silahla atəş açdıqdan sonra evə girdiyini bildiriblər. Polis hadisə yerində küçədə iki qadının, evin daxilində isə daha bir neçə nəfərin meyitini aşkar edib.

Polisin məlumatına görə, şübhəli şəxs də ölü tapılıb. Hüquq-mühafizə orqanları əhali üçün təhlükənin olmadığını bildiriblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑