Mədəniyyət · Anews.az

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər xəbəri üçün şəkil

Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı Devid Qarrettin "Millennium Symphony - Crossover Programme" adlı simfonik şousu keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri konserti izləyiblər.

Devid Qarrett klassik musiqini rok, pop və kino melodiyaları ilə birləşdirdiyi proqramda Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, "Nirvana" və "Rammstein" qruplarının, eləcə də digər sənətçilərin əsərlərini və məşhur musiqi nümunələrini özünəməxsus tərzdə təqdim edib.

Devid Qarrett səhnədə debütünü 10 yaşında edib. O, 13 yaşında "Deutsche Grammophon" şirkəti ilə müqavilə bağlayan ən gənc sənətçi olub.

Təhsilini başa vurduqdan sonra Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi tanınmış dirijorlarla əməkdaşlıq edib.

Sənətçinin yaradıcılığında xüsusi yer tutan "ICONIC" klassik musiqi albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksəlib. Albom "Golden Record" və "İlin bestselleri" nominasiyalarında "Opus Klassik 2023" mükafatlarına layiq görülüb.

Devid Qarrett bu albomdan ibarət repertuarla beynəlxalq turneyə çıxaraq beş qitədə 113 konsert verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑