Azərbaycanda müəssisələrin uzunmüddətli portfellər formalaşdırmaq üçün birləşməsini təmin edən sistem hələ ki, mövcud deyil, lakin bu istiqamətdə İtaliya təcrübəsi nümunə götürülə bilər.
Bu barədə Mikromaliyyə Mərkəzinin inkişaf maliyyəsi üzrə eksperti Pyotr Korınski bildirib.
Ekspertin sözlərinə görə, bir neçə il əvvəl İtaliya fond birjası kiçik və orta biznes (KOB) subyektləri üçün "mini istiqrazlar" proqramına başlayarkən oxşar vəziyyətlə üzləşib. Çoxsaylı kiçik emissiyaların idarə edilməsinin çətinliyini görən İtaliya tərəfi fərqli bir model tətbiq edib.
"Kreditlər vahid aktivlərdə konsolidasiya olunub və onların zəmanəti Avropa İnvestisiya Bankı tərəfindən təmin edilib. İtaliyada kiçik bizneslər birbaşa istiqraz buraxdığı halda, təklif olunan modeldə kreditlərin və müəssisələrin kiçik olması səbəbindən xüsusi təyinatlı nəqliyyat vasitələrindən (SPV) istifadə olunması daha əlverişli hesab edilir",- o bildirib.
Pyotr Korınski vurğulayıb ki, fərqli nüanslara baxmayaraq, İtaliya təcrübəsi Azərbaycanda bu sahədə hüquqi və tənzimləmə çərçivəsinin qurulması üçün başlanğıc nöqtəsi kimi çıxış edə bilər.
Gülnar Nazimqızı






