Dünya · Anews.az

Fransada fövqəladə vəziyyət elan edilə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada fövqəladə vəziyyət elan edilə bilər xəbəri üçün şəkil

Fransanın Baş naziri Sebastyan Lekornu ölkədə baş verən genişmiqyaslı iğtişaşlar səbəbindən fövqəladə vəziyyət elan edilə biləcəyini bildirib.Bu barədə “RIA Novosti” xəbər verir.

Hökumət başçısı zərurət yaranacağı təqdirdə belə bir qərarın qəbul edilə biləcəyini, lakin hazırda komendant saatının tətbiqinin daha məqsədəuyğun olduğunu deyib.

Lekornu ölkədəki iğtişaşlarla bağlı böhran qrupunun iclasından sonra departament prefektlərinə bəzi ərazilərdə komendant saatı tətbiq etmək barədə göstəriş verib.

Məlumata görə, tədbir ictimai asayişin qorunması ilə yanaşı, biznes obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Fransanın bəzi şəhərlərinin mərkəzi hissələrində tətbiq olunacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑