Cəmiyyət · Anews.az

Azərbaycanda sığorta ödənişləri 29 faiz artıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda sığorta ödənişləri 29 faiz artıb xəbəri üçün şəkil

 

2025-ci ilin yanvar-sentyabrında Azərbaycanda sığorta şirkətlərinin ödənişləri illik müqayisədə 29,1% artaraq 882,7 milyon manata çatıb.Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.

Hesabat dövründə sığorta haqları isə 7,9% artaraq 1 milyard 248,5 milyon manat olub.

Sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 70,7 manatı ödənişlərə yönəldilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən toplanmış sığorta haqları 1 milyard 248 milyon 485 min manat təşkil edib.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 882 milyon 723 min manata yüksəlib.

Aytac Zeynalova

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑