İqtisadiyyat · Anews.az

Azərbaycanda Aqrar Süni İntellekt layihəsi üzrə 13 həll istismara verilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda Aqrar Süni İntellekt layihəsi üzrə 13 həll istismara verilib xəbəri üçün şəkil

Azərbaycanda Aqrar Süni İntellekt layihəsi çərçivəsində nəzərdə tutulan 33 həllin 13-ü artıq istismara verilib, 11-i sınaq və inteqrasiya mərhələsindədir. Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova layihənin icra vəziyyəti ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 7 həll hazırlanır, daha 2-si üzrə işlərə başlanılması planlaşdırılır.

Hazırda istismarda olan həllər bitki sağlamlığı, bitki uyğunluğu, suvarmanın idarə edilməsi, dinamik iqlim xəritəsi və fermer reytinqi proqramlarını əhatə edir.

Nazir müavini qeyd edib ki, bu həllər kənd təsərrüfatında riskləri əvvəlcədən qiymətləndirməyə, aqrotexniki tədbirləri daha düzgün planlaşdırmağa və idarəetmə qərarlarını məlumatlar əsasında qəbul etməyə imkan yaradır.

Qədimovanın sözlərinə görə, 2026-cı ilin sonuna qədər 33 həllin hamısının ilkin işlək versiyalarının hazırlanması hədəflənir. Növbəti mərhələdə həllərin sınaqdan keçirilməsi, müvafiq informasiya sistemlərinə inteqrasiyası və istifadəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

O bildirib ki, həllər 12 proqram üzrə üç əsas istiqaməti əhatə edir. Məhsuldarlığın artırılması üçün 7 proqram üzrə 25 həll, subsidiyaların səmərəliliyinin artırılması üçün 3 proqram üzrə 5 həll, heyvandarlığın inkişafı üçün isə 2 proqram üzrə 3 həll nəzərdə tutulub.

Gülnar Nazimqızı 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑