Cəmiyyət · Anews.az

Abşeron xəstəxanasında baş həkimin müavini bıçaqlanıb, şübhəli saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Abşeron xəstəxanasında baş həkimin müavini bıçaqlanıb, şübhəli saxlanılıb xəbəri üçün şəkil

Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini Orxan Ənvərli bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən keçmiş əməkdaş Elçin Balayev saxlanılıb. Bu barədə report məlumat yayıb. 

İlkin məlumata görə, hadisə tibb müəssisəsində baş verib. O.Ənvərli əvvəllər xəstəxanada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə baş həkimin müavini bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 Orxan Ənvərli daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron Rayon Mərkəzi Xəstəxanasına baş həkimin müavini təyin olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑