Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ceyhun Bayramov Əraqçinin bacısının vəfatı ilə əlaqədar iranlı həmkarına başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbir diləyib.
Nazirlər Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Tərəflər, həmçinin regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

