Siyasət · Anews.az

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib xəbəri üçün şəkil

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

üdo Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizeri qəbul edib.

Görüşdə Azərbaycanda cüdonun inkişafı, Bakıda keçiriləcək dünya çempionatının təşkili və Azərbaycan Cüdo Federasiyası ilə IJF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

İlham Əliyev Vizerə Azərbaycanda cüdonun inkişafına və Bakının dünya çempionatına ev sahibliyi etməsinə verdiyi dəstəyə görə təşəkkür edib. Prezident Azərbaycanın bu mötəbər yarışa ikinci dəfə ev sahibliyi etdiyini qeyd edib.

Görüşdə cüdonun Azərbaycanda populyar və ölkəyə ən çox medal qazandıran idman növlərindən biri olduğu vurğulanıb. İlham Əliyev idman sahəsində əldə olunan nəticələrdə Bakı ilə yanaşı, regionlarda yaradılmış müasir idman infrastrukturunun rolunu da qeyd edib.

Vizer isə qəbul üçün təşəkkür edib və Azərbaycan cüdoçularını müxtəlif beynəlxalq yarışlarda qazandıqları medallar münasibətilə təbrik edib.

Görüşün sonunda İlham Əliyev Vizerə “Dostluq” ordenini təqdim edib. Vizer bu təltifə görə təşəkkürünü bildirib.

Vizer Azərbaycanda və beynəlxalq səviyyədə cüdonun inkişafına verdiyi töhfələrə görə prezidentin 3 oktyabr tarixli sərəncamı ilə “Dostluq” ordeninə layiq görülüb.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑