Cəmiyyət · Anews.az

Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar xəbəri üçün şəkil

Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayonunda yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1 400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑