Cəmiyyət · Anews.az

Xaricdə təhsil adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xaricdə təhsil adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb xəbəri üçün şəkil

Xaricdə təhsil adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda xaricdə təhsil adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib. O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑