Leysan yağışlar Zaqataladan axan çaylarda suyun səviyyəsini artırıb, əraziyə texnikalar cəlb olunub.Bu barədə "Report"a Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 1-i və 2-də rayon ərazisinə yağan güclü yağışlar dağ çaylarında suyun səviyyəsini xeyli artırıb. Nəticədə çaylarda sel təhlükəsi yaranıb.
Lakin bunun qarşısını almaq məqsədilə dünən axşam saatlarından etibarən ən çox təhlükə yaranan Talaçay, Muxaxçay, Bəkməzçay və Sabunçu çaylarında idarənin ağır texnikaları vasitəsilə məcra tənzimləmə və bənd bərkitmə işləri aparılır.

