Cəmiyyət · Anews.az

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb xəbəri üçün şəkil

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində üçotaqlı evin bir otağında yataq dəsti və döşəmə yanıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hüseynova Nüşabə Musa qızı vəfat edib.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑