İran və İraq arasında qarşılıqlı aviareyslər oktyabrın 4-dən etibarən bərpa ediləcək.Bunu İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əbuzər Şirudi açıqlayıb.
O bildirib ki, uçuşlar həm İran, həm də İraq aviaşirkətləri tərəfindən həyata keçiriləcək.
İranla İraq arasında uçuşlar ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalar fonunda sentyabrın sonlarında dayandırılmışdı. İraq daha sonra İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanına və oradan uçuşlarına icazə verilməsi üçün ABŞ-dən istisna əldə edib.

