Dünya · Anews.az

Moldovada hava məkanını pozan 5 dron aşkarlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moldovada hava məkanını pozan 5 dron aşkarlanıb xəbəri üçün şəkil

Moldovada hava məkanını pozan 5 dron aşkarlanıb

Moldovanın milli hava məkanının monitorinq sistemi ölkə ərazisində beş pilotsuz uçuş aparatının (PUA) uçuşunu qeydə alıb.Bu barədə “Newsmaker” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, PUA-lar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığında müşahidə edilib.

Polis əməkdaşları Kauşanı şəhəri yaxınlığında tüstülənən PUA qalıqları aşkar ediblər. PUA qalıqları, həmçinin Hinçesti rayonunun Dubrovka kəndi yaxınlığında, eləcə də Delakeu və Puxeçeni kəndləri arasında tapılıb.

Ştefan-Vode rayonunun Krokmaz kəndi yaxınlığında isə PUA-nın üzüm bağına düşməsi nəticəsində quru bitki örtüyünün yandığı, yaxınlıqdakı tikilinin pəncərələrinin sındığı bildirilib. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilib.

İnsidentlərin araşdırılması və PUA qalıqlarının təhlükəsizliyinin təmin edilməsi üçün polis və Milli Ordunun bölmələri hadisə yerlərinə cəlb olunub.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑