Dünya · Anews.az

"Axios": Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Axios": Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər xəbəri üçün şəkil

"Axios": Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər

ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli rəsmiləri Kemp-Devid iqamətgahında gizli görüş keçirərək İran və Yəməndəki vəziyyətlə bağlı növbəti addımları müzakirə ediblər.Bu barədə “Axios” üç ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, görüşə ABŞ-nin vitse-prezidenti Cey Di Vens sədrlik edib. İştirakçılar arasında dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, prezidentin xüsusi elçisi Stiv Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn olub.

“Axios” qeyd edib ki, bu, 2025-ci ilin iyunundan bəri Tramp administrasiyasının milli təhlükəsizlik üzrə əsas rəsmilərinin Kemp-Deviddə keçirdiyi ilk belə görüşdür. Həmin görüş İsrailin İrana qarşı müharibəyə başlamasından bir neçə gün əvvəl keçirilmişdi.

Görüş zamanı əsas diqqətin İranla bağlı növbəti addımlara və Səudiyyə Ərəbistanı ilə husilər arasında Yəməndəki qarşıdurmaya yönəldiyi bildirilib. “Axios”un məlumatına görə, diplomatik səylərin nəticə verməməsi fonunda Tramp İranda genişmiqyaslı hərbi əməliyyatların bərpasını nəzərdən keçirir.

Nəşr daha əvvəl Trampın “Time” jurnalına müsahibəsində ABŞ-də aralıq seçkilərindən sonra İrana qarşı bombardmanların bərpa olunmasının mümkünlüyünü istisna etmədiyini yazıb.

“Axios”un məlumatına görə, Səudiyyə Ərəbistanı da ABŞ-ni Yəməndə husilərə qarşı planlaşdırdığı hərbi əməliyyata qoşulmağa çağırır. Trampın hələlik bu addıma razılıq verməyə meylli olmadığı, lakin mövqeyini dəyişə biləcəyi bildirilir.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑