Dünya · Anews.az

Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək xəbəri üçün şəkil

Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək

Argentina iqtisadiyyatına investisiya yatıran əcnəbilər üçün vətəndaşlıq proqramı başladacaq.Bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, proqram çərçivəsində müraciətlərin qəbulu 2026-cı ilin dördüncü rübündə başlayacaq.

Proqram üzrə əcnəbilər 350 min ABŞ dolları məbləğində geri qaytarılmayan vəsaiti Argentina xəzinəsinə ödəməklə və ya 800 min dollar dəyərində dövlət istiqrazı almaqla vətəndaşlıq üçün müraciət edə biləcəklər.

Nazir bildirib ki, proqram ölkənin beynəlxalq açıqlıq və inteqrasiya siyasətinin, həmçinin investisiya mühitinin gücləndirilməsinə yönəlmiş islahatların bir hissəsidir.

Müraciətlərin qiymətləndirilməsi zamanı maliyyə şəffaflığı, risklərin idarə edilməsi və lazımi araşdırma standartlarının tətbiqi nəzərdə tutulur. Bu standartların İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələri ilə uyğunlaşdırılacağı bildirilib.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑