Siyasət · Ədalət

“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub” xəbəri üçün şəkil

“Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər”.

Adalet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu gün Bakıda Ramzan Kadırovu qəbul edərkən deyib.

“Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar. Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir”, - dövlət başçısı bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑