Dünya · Ədalət

Müzakirələrdə irəliləyiş əldə olunduğunu açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müzakirələrdə irəliləyiş əldə olunduğunu açıqladı xəbəri üçün şəkil

“İranla razılaşma əldə olunacağına böyük ümid bəsləyirik”.

Adalet.az xəbər verir ki, bunu ABŞ Vitse-prezidenti Ceyms Devid Vens Endryus Birgə Hərbi Hava Bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Tehran rəhbərliyi ilə aparılan danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğunu və diplomatiya yolu ilə razılaşmaya olduqca yaxın olduqlarını bildirib.

Vens İran tərəfi ilə bir sıra səmərəli müzakirələr apardıqlarını diqqətə çatdırıb: “Prezident Donald Tramp və mən danışıqlar yolu ilə razılaşma əldə etmək ehtimalına olduqca nikbin yanaşırıq. Bu istiqamətdə işimizi davam etdirəcəyik. Müəyyən irəliləyişlər əldə etmişik, baxaq görək, daha çox nailiyyət qazana biləcəyikmi?!”

İranın hər zaman proqnozlaşdırılması çətin ölkə olduğunu qeyd edən Vitse-prezident Trampın masada həm hərbi, həm də diplomatik seçimlərinin olduğunu vurğulayıb.

Vaşinqtonun İrana hər hansı son tarix verib-vermədiyi ilə bağlı suala “Xeyr” cavabını verən Vens ABŞ üçün ən kritik məsələnin Tehranın nüvə proqramını bərpa etməsinin qarşısını almaq olduğunu bildirib.

Vitse-prezident əlavə edib ki, Tehran öz suverenliyinə və iqtisadiyyatını bərpa etməyə böyük önəm verir: “İnanırıq ki, kompromis üçün imkan var. Lakin bunun üçün onlar nüvə proqramlarını bərpa etməyəcəklərinə dair qəti və yoxlanıla bilən rəsmi öhdəlik götürməlidirlər”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑