Dünya · Ədalət

İsrailin şimalında sursat partlayıb, 12 turist xəsarət alıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrailin şimalında sursat partlayıb, 12 turist xəsarət alıb xəbəri üçün şəkil

İsrailin şimalında, Livan sərhədi yaxınlığındakı Neot Mordexay ərazisində partlamamış sursatın detonasiya etməsi nəticəsində təxminən 12 turist xəsarət alıb.

Adalet.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlarda hadisənin səbəbinin partlamamış hərbi sursat ola biləcəyi qeyd olunur.

Hadisə yerinə tibbi yardım briqadaları və təhlükəsizlik qüvvələri cəlb edilib. Polis və istehkam mütəxəssisləri partlayışın səbəblərini araşdırır.

Partlayışın dəqiq səbəbi ilə bağlı rəsmi araşdırma davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑