Dünya · Ədalət

Ermənistanı niyə KTMT-dən xaric etmirlər? - Paşinyan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanı niyə KTMT-dən xaric etmirlər? - Paşinyan xəbəri üçün şəkil

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərin Ermənistanın qurumdakı üzvlüyünün dayandırılmasının mümkün nəticələrinə dair hazırladıqları hesabatla bağlı fikirlərini bildirib.

Adalet.az xəbər verir ki, Baş nazirin sözləri Ermənistan mətbuatında dərc olunub.

"Həmin məlumatlara və proqnozlara gəldikdə isə – görərik. Əvvəllər də qeyd etdiyim kimi, bizim əsas diqqət mərkəzimiz Ermənistan Respublikasının davamlı inkişafı, eləcə də müstəqilliyimizin və suverenliyimizin qorunmasıdır. Biz məhz bu yolla gedəcəyik", – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Aİİ-yə üzv dövlətlərin hər hansı bir ölkəni qurumdan xaric etmək səlahiyyəti yoxdur: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) belə bir imkan mövcuddur. Aİİ və KTMT-yə üzv dövlətlərin mahiyyətcə eyni olduğunu nəzərə alsaq, maraqlıdır ki, xüsusən də təşkilatın nizamnaməsində belə bir imkan nəzərdə tutulduğu halda, onlar nə üçün Ermənistanı KTMT-dən xaric etmirlər?", – deyə Baş nazir vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑