Dünya · Ədalət

Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi xəbəri üçün şəkil

İraq Baş naziri və Silahlı Qüvvələrin Baş Komandanı Əli əz-Zeydi ölkə ordusuna döyüş hazırlığını ən yüksək səviyyəyə qaldırmağı əmr edib.

Adalet.az xəbər verir ki, İraq Baş nazirinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Əli əz-Zeydi ölkənin təhlükəsizlik vəziyyəti və ordunun hazırkı imkanlarını qiymətləndirmək məqsədilə hərbi qüvvə komandirləri, müşavirlər və müvafiq rəsmilərlə geniştərkibli iclas keçirib.

Görüşdə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə (HHM) sistemləri və ordu aviasiyasının mövcud potensialı, eləcə də, ehtiyac duyulan müasir texniki təchizat müzakirə olunub.

Hərbi texnologiyaların inkişafının vacibliyini vurğulayan Baş nazir bildirib ki, müasir dövrdə Silahlı Qüvvələr yalnız klassik silahlara arxalana bilməz. O, hərbi hava gücünün, pilotsuz uçuş aparatlarının (PUA), HHM sistemlərinin və texniki imkanların strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Hökumət rəhbəri ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və resurslarının yenilənməsi üçün dövlət səviyyəsində hər cür dəstəyin veriləcəyini vurğulayıb. Əz-Zeydi əlavə edib ki, bu addımlar İraqın milli təhlükəsizliyini, suverenliyini, hava məkanını, ərazi sularını və ərazi bütövlüyünü tam təmin etmək məqsədi daşıyır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑