Gündəm · 525-ci qəzet

Sahibə Qafarova Tanzaniyaya səfər edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sahibə Qafarova Tanzaniyaya səfər edib xəbəri üçün şəkil

Sahibə Qafarova Tanzaniyaya səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün oktyabrın 3-də Tanzaniyaya səfər edib.

Aruşa şəhərinin Kilimancaro Beynəlxalq Hava Limanında Sahibə Qafarovanı və nümayəndə heyətini Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov, Tanzaniyanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Abdallah Saleh Possi və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑