Gündəm · 525-ci qəzet

Həssas ərazilərdə yağış sularının toplanmasının qarşısı alınır - ADSEA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Həssas ərazilərdə yağış sularının toplanmasının qarşısı alınır -  ADSEA xəbəri üçün şəkil

Həssas ərazilərdə yağış sularının toplanmasının qarşısı alınır - ADSEA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Su Təchizatı Xidməti intensiv yağışlar zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə 525.az-a İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd olunub ki, xüsusən payız və qış aylarında tullantı və yağış suları şəbəkələrinin daim təmizlənməsi intensiv yağışlar zamanı suların ətraf ərazilərdə toplanmasının qarşısının alınmasına müsbət təsir göstərir: “Yağışlardan öncə verilən proqnoz əsasında sukanal idarələri həssas nöqtələrdə, təyin olunmuş yerlərdə fasiləsiz xidmət göstərərək suların ətraf ərazilərdə toplanmasının qarşısını alırlar.

Körpülərin altında, küçə və prospektlərdə, qəsəbədaxili ərazilərdə yağış sularının idarə olunması işləri intensiv aparılır.

Xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb edilib. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə işləri davam etdirilir”.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑