Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi azadlığına qovuşmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində işlər aparır.
525.az xəbər verir ki, n7azirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlardan artıq 230 sakin məşğulluq tədbirlərinə cəlb edilib.
O cümlədən özünüməşğulluq proqramı çərçivəsində 34 sakin üçün kiçik ailə təsərrüfatları qurulub.
Sakinlərdən 9 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

