Gündəm · 525-ci qəzet

Azərbaycanda manatla pul kütləsi 21 faizə yaxın artıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda manatla pul kütləsi 21 faizə yaxın artıb xəbəri üçün şəkil

Azərbaycanda manatla pul kütləsi 21 faizə yaxın artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 54 milyard 978 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 2 %, ilin əvvəlinə nisbətən 10,3 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə 15,1 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 44 milyard 416,6 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,3 %, ilin əvvəlinə nisbətən 10 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə 20,7 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 34 milyard 212,2 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,7 %, ilin əvvəlinə nisbətən 6,3 %, 2025-ci ilin sentyabrın 1-i ilə ilə müqayisədə 17,5 % çoxdur.

Sentyabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 19 milyard 166,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,02 % az, ilin əvvəlinə nisbətən 6,8 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə 13,9 % çoxdur.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑