Gündəm · 525-ci qəzet

Zəngilanda “Sarıqışlaq” stansiyasında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zəngilanda “Sarıqışlaq” stansiyasında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb xəbəri üçün şəkil

Zəngilanda “Sarıqışlaq” stansiyasında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Zəngilanda “Sarıqışlaq” Kiçik Su Elektrik Stansiyasında istismara verildiyi gündən iki il ərzində 46,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

525.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Oxçuçayın üzərində inşa edilən, ümumi gücü 10,5 MVt olan basqılı derivasiya tipli “Sarıqışlaq” Kiçik Su Elektrik Stansiyası 3 oktyabr 2024-cü ildə istismara verilib.

Qeyd olunan dövr ərzində, yəni 1 oktyabr 2026-cı ilədək stansiyada 46,3 mln. kVt·st elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyinin məlumatına görə, kiçik su elektrik stansiyalarının fəaliyyəti elektrik enerjisinin bərpa olunan enerji mənbələri hesabına istehsalına, enerji mənbələrinin şaxələndirilməsinə və enerji istehsalının ətraf mühitə təsirinin azaldılmasına töhfə verir.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑