Tovuz rayonunun Qovlar şəhərində fərdi yaşayış evində yanğın baş verib, bir nəfər vəfat edib.
525.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı evin bir otağında yataq dəsti və döşəmənin 1 kvadratmetr sahəsi yanıb. Hadisə zamanı 1984-cü il təvəllüdlü Hüseynova Nüşabə Musa qızı vəfat edib.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
Hadisənin səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

