Gündəm · 525-ci qəzet

Azərbaycanda könüllü sığorta bazarı 13 faiz böyüyüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda könüllü sığorta bazarı 13 faiz böyüyüb xəbəri üçün şəkil

Azərbaycanda könüllü sığorta bazarı 13 faiz böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 662,491 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,7 % çoxdur.

Beləliklə, 8 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 73,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 64 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 115,395 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57,6 manat olub.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑