Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 213,492 milyon manat sığorta haqqı toplanılıb.
525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 110,662 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19,4 % çoxdur.
Beləliklə, 8 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 51,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 37,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 115,395 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,1 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57,6 manat olub.

