Gündəm · 525-ci qəzet

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq xəbəri üçün şəkil

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bu gün paytaxtın Suraxanı rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

525.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək.

Təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsi Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək enerjinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑